Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2026/2027-ci illər mövsümünün 10-cu turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma baş tutub.
“Amedspor” doğma meydanda “Eyüpspor”u, “Başakşəhər” isə “Samsunspor”u 5 qolla məğlub edib. “Trabzonspor” “Qaziantep”lə ev oyununda inamlı qələbəyə sevinib. “Kasımpaşa”nın qonağı olmuş “Beşiktaş” isə qələbəni əldən verib.
Qeyd edək ki, 10-cu tura noyabrın 2-də keçiriləcək “Gənclərbirliyi” – “Alanyaspor” oyunu ilə yekun vurulacaq.
Türkiyə, Super Liqa
10-cu tur
30 oktyabr
Konyaspor – Qalatasaray 0:4
31 oktyabr
Ərzurumspor – Çorum 1:3
Kocaelispor – Rizəspor 0:0
Fənərbağça – Göztəpə 1:2
1 noyabr
Amedspor – Eyüpspor 5:1
Başakşəhər – Samsunspor 5:2
Trabzonspor – Qaziantep 2:0
Kasımpaşa – Beşiktaş 2:2
2 noyabr
21:00. Gənclərbirliyi – Alanyaspor


