Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2026/2027-ci illər mövsümünün 11-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma baş tutub.
“Xetafe” doğma meydanda “Sevilya”ya, “Atletik” isə “Real Sosyedad”a qalib gəlib. “Elçe” isə “Valensiya”ya tək qolla uduzub. “Rasinq”in qonağı olmuş Madrid “Real”ı isə 3 xalı 3 cavabsız qolla qazanıb.
Qeyd edək ki, 11-ci tura noyabrın 2-də keçiriləcək “Deportivo” – “Osasuna” matçı ilə yekun vurulacaq.
İspaniya, La Liqa
11-ci tur
30 oktyabr
Vilyarreal – Espanyol 0:1
31 oktyabr
Levante – Atletiko 0:2
Rayo Valyekano – Selta 3:0
Betis – Malaqa 2:1
Barselona – Alaves 6:1
1 noyabr
Xetafe – Sevilya 3:1
Rasinq – Real 0:3
Elçe – Valensiya 0:1
Atletik – Real Sosyedad 2:1
2 noyabr
00:00. Deportivo – Osasuna


