“Liverpul”un baş məşqçisi Andoni İraola İngiltərə Premyer Liqasının 9-cu turunda “Arsenal”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, mersisaydlılar doğma meydanda keçirilən bu qarşılaşmada 0:1 hesabı ilə məğlub olublar.
Buna baxmayaraq, ispaniyalı mütəxəssis komandasının çıxışından razı qaldığını bildirib:
“Başlanğıcı özümüz korladıq. Oyuna həddindən artıq ehtiyatlı başladıq və rəqibə qol vurmaq imkanı verdik. Lakin buraxılan qoldan sonra komandamız daha cəsarətli oynamağa başladı. İlk hissənin sonuna doğru təşəbbüsü tam ələ aldıq.
İkinci hissədə hesabı bərabərləşdirməyə çalışdıq, amma top qapıdan keçmək istəmədi. Futbolun keyfiyyətinə görə “Arsenal”dan geri qalmadıq. Fikrimcə, biz bu matçda qola layiq idik”, – deyə Andoni İraola matçdan sonra jurnalistlərə açıqlamasında bildirib.


