UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək “Vikinq” – “Sabah” matçını idarə edəcək hakimlər bəlli olublar.
Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.
Norveçdə keçiriləcək bu oyun Niderlanddan olan hakimlər briqadasına tapşırılıb. Qarşılaşmanın baş hakimi FIFA referisi Sander van der Eyk olacaq. Ona yan xətt hakimləri Rens Bluemink və Stefan De Qroot kömək edəcəklər. Dördüncü hakim funksiyasını Coey Kooy yerinə yetirəcək.
VAR-da Jeroen Mansxot, AVAR-da isə Fransadan olan Jerom Brisar əyləşəcək.
Xatırladaq ki, “Vikinq” – “Sabah” oyunu noyabrın 4-dən 5-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Azərbaycan çempionu ilk 3 turda topladığı 3 xalla hazırda 25-ci sırada qərarlaşıb. Norveç təmsilçisi isə 1 xalla 33-cüdür.


