Bu gün keçirilmiş oyunla futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2026/2027-ci illər mövsümünün 10-cu turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında “Gənclərbirliyi” doğma meydanda “Alanyaspor”la üz-üzə gəlib. Meydan sahibləri bu görüşdə 5 cavabsız qolla qalib gəliblər.
Beləliklə, geridə qalmış 10 turdan sonra 25 xala malik “Qalatasaray” vahid liderdir. “Amedspor” 23 xalla ikinci, “Trabzonspor” 22 xalla üçüncü pillədə qərarlaşıb. “Beşiktaş”ın 19, “Kasımpaşa”nın 17, “Fənərbağça”nın 16 xalı var.
Türkiyə, Super Liqa
10-cu tur
30 oktyabr
Konyaspor – Qalatasaray 0:4
31 oktyabr
Ərzurumspor – Çorum 1:3
Kocaelispor – Rizəspor 0:0
Fənərbağça – Göztəpə 1:2
1 noyabr
Amedspor – Eyüpspor 5:1
Başakşəhər – Samsunspor 5:2
Trabzonspor – Qaziantep 2:0
Kasımpaşa – Beşiktaş 2:2
2 noyabr
Gənclərbirliyi – Alanyaspor 5:0


