Futbol üzrə İngiltərə Liqa Kubokunda 2026/2027-ci illər mövsümünün 1/4 final mərhələsinin bütün iştirakçıları və cütləri müəyyənləşib.
Arena.az xəbər verir ki, turnirin favoritlərindən olan “Liverpul” yarımfinala vəsiqə uğrunda “Bornmut”la yarışacaq.
“Mançester Siti” isə “Bradford Siti” ilə üz-üzə gələcək. “Kristal Pelas” bu mərhələdə “Sanderlend”lə, “Everton” da “Flitvud Taun”la mübarizə aparacaq.
Qeyd edək ki, İngiltərə Liqa Kubokunda 1/4 final mərhələsinin oyunları dekabrın 15-də, 16-da və 17-də keçiriləcək.
İngiltərə Liqa Kuboku
1/4 final mərhələsi
Kristal Pelas – Sanderlend
Flitvud Taun – Everton
Liverpul – Bornmut
Mançester Siti – Bradford Siti


