“Əl-Nəsr”in hücumçusu Kristiano Ronaldo və “İnter Mayami”nin forvardı Lionel Messi 2026-cı ilin rəmzi komandasına namizəddirlər.
Arena.az xəbər verir ki, bu barədə Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyasının (FIFPro) mətbuat xidməti məlumat yayıb.
Ümumilikdə 26 futbolçunun yer aldığı siyahının müəyyənləşdirilməsi üçün 73 ölkədən 19 mindən çox futbolçu səs verib.
Namizədlər arasında qapıçılardan Tibo Kurtua, Emiliano Martines və David Raya, müdafiəçilərdən Vircil van Deyk, Əşrəf Hakimi, Uilyam Saliba və digərləri yer alıblar.
Yarımmüdafiəçilər arasında Cud Bellingem, Deklan Rays, Pedri, Rodri, Bruno Fernandes və Vitinya kimi futbolçular var. Hücumçuların siyahısına isə Erlinq Haland, Harri Keyn, Kilian Mbappe, Xviça Kvaratsxeliya, Lamin Yamal və Maykl Olise daxil ediliblər.
Qeyd edək ki, 2026-cı ilin rəmzi komandasının yekun heyəti noyabrın 9-da açıqlanacaq. Ronaldo və Messinin də rəmzi heyətdə yer alıb-almayacağı məhz həmin vaxt dəqiqləşəcək.


