“Qarabağ” 11 ildən sonra bu aqibəti yaşadı

Futbol üzrə Azərbaycan Premyer Liqasının ən titullu klubu “Qarabağ” cari mövsümdə ardıcıl üç çempionat oyununda heç-heçə edib.

Arena.az xəbər verir ki, “Neftçi” (3:3), “Sabah” və “Qəbələ” (hər ikisi 0:0) ilə matçların hərəsində bir xal qazanan Ağdam klubu 11 ildən sonra belə seriya ilə üzləşib.

11 qat ölkə çempionu 2015/2016-cı illər mövsümünün ilk yarısında da ardıcıl 3 heç-heçə etmişdi. 2015-ci ilin dekabrında “Zirə” (0:0), “Sumqayıt” (2:2) və “Qəbələ”yə (1:1) qarşı matçlarda fərqli hesablar qeydə alınıb.

Qeyd edək ki, 2026/2027-ci illər mövsümündə ikinci dəfə komandalardan biri ardıcıl üç dəfə heç-heçə edib. Buna qədər “Neftçi” “Sabah” (0:0), “Qarabağ” (3:3) və “Turan Tovuz” (1:1) ilə görüşlərdən sülhlə ayrılmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: