Bu gün keçirilmiş oyunla futbol üzrə Fransa çempionatında (Liqa 1) 2026/2027-ci illər mövsümünün 9-cu turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında “Loryan” doğma meydanda “Brest”lə üz-üzə gəlib. Qonaqlar bu görüşdə 2 cavabsız qolla qələbə qazanıblar.
Beləliklə, geridə qalmış 9 turdan sonra 20 xala malik PSJ vahid liderdir. “Lill” 18, Lion “Olimpik”i ilə “Paris” 17, “Renn” 16, Marsel “Olimpik”i və “Monako” 15 xal toplayıblar.
Fransa, Liqa 1
9-cu tur
30 oktyabr
Havr – PSJ 1:5
Nitsa – Renn 5:2
Lill – Lans 1:0
31 oktyabr
Trua – Le Man 2:0
1 noyabr
Strasburq – Oser 5:1
Olimpik (Lion) – Anje 2:0
Paris – Monako 3:1
Olimpik (Marsel) – Tuluza 2:0
2 noyabr
Loryan – Brest 0:2


