Bu gün keçirilmiş oyunla futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 9-cu turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə də bir qarşılaşma baş tutub.
Turun qapanış matçında “Nyukasl” doğma meydanda “Everton”la üz-üzə gəlib. Qarşılaşma qonaq komandanın qələbəsiylə yekunlaşıb.
Beləliklə, geridə qalmış 9 turdan sonra 24 xala malik “Arsenal” vahid liderdir. “Mançester Siti” 21 xalla ikinci, “Brayton” 19 xalla üçüncü pillədə qərarlaşıb. “Çelsi”nin 16, “Liverpul”un 15 xalı var.
İngiltərə, Premyer Liqa
9-cu tur
31 oktyabr
Çelsi – Mançester Yunayted 2:0
Mançester Siti – Brayton 0:1
Hall Siti – İpsviç Taun 2:2
Koventri Siti – Sanderlend 3:1
Brentford – Nottingem Forest 2:0
Bornmut – Lids 2:0
Tottenhem – Kristal Pelas 2:0
Aston Villa – Fulhem 1:1
1 noyabr
Liverpul – Arsenal 0:1
2 noyabr
Nyukasl – Everton 0:1


