“Vikinq”in baş məşqçisi Byarte Lunde Arşeym UEFA Çempionlar Liqasının 4-cü turunda “Sabah”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, Azərbaycan və Norveç komandaları arasındakı görüş sabah baş tutacaq.
Byarte Lunde Arşeym sözügedən matçdan öncə təşkil edilmiş mətbuat konfransında öz meydanlarında oynamağın üstünlüklərindən faydalanmaq istədiklərini bildirib:
“Öz meydanımızda oynayacağıq. Bizi “Sabah”a qarşı maraqlı və gərgin oyun gözləyir. Stadionumuzda azarkeşlərimizin yaratdıqları atmosferə arxalanacağıq. Komanda gücünü onların dəstəyindən alır. Kollektivdə ab-hava yüksək səviyyədədir. Zədəli oyunçularımız sıraya dönməkdədirlər. İnanırıq ki, “Sabah”la görüşdə 3 xal bizim olacaq”.
O, “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas barədə müəyyən məlumatlara malik olduğunu sözlərinə əlavə edib:
“Bu baş məşqçinin qeyri-adi həyat hekayəsi var. Dambrauskas daha əvvəl verlişlərin birində əldə etdiyi pulu məşqçilik təhsilinə xərcləyib və bu yolla irəliləyib. Həqiqətən bu çox maraqlı bir hadisədir”.
Qeyd edək ki, noyabrın 4-dən 5-nə keçən gecə baş tutacaq “Vikinq” – “Sabah” oyununa Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.


