Futbol üzrə Azərbaycan Birinci Liqasında 2026/2027-ci illər mövsümünün 7-ci turunun oyunlarına bütün təyinatlar açıqlanıb.
Arena.az bu barədə Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir.
İki günü əhatə edəcək turun bütün görüşlərinə saat 15:00-da start veriləcək. Qarşılaşmalar noyabrın 4-də və 5-də keçiriləcək.
Birinci Liqa
7-ci tur
4 noyabr
“Mingəçevir” – “Şahdağ Qusar”
Hakimlər: Şamil İmanzadə, Anar Bədəlov, Qəzənfər Məmmədov, Maqsud Şamıyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança). 15:00.
5 noyabr
“Baku Sportinq” – “Xankəndi”
Hakimlər: Niyaz Əhmədov, Rasim Axundov, Samir Qaracayev, Kamran Əliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Baku Sportinq Arena”. 15:00.
“Karvan” – “Şimal”
Hakimlər: Vüqar Həsənli, Taleh Məmmədov, Rəşad Quliyev, Nazim Abdullayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Yevlax şəhər stadionu. 15:00.
“Zaqatala” – MOİK
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Namiq Bəkirov
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu. 15:00.
“Səbail” – “Gəncəbasar”
Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Elmin Süleymanov, Ceyhun Hüseynov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Masazır Arena”. 15:00.


