Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibləri bilindi

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin UEFA Millətlər Liqasının 2027/2028-ci illər mövsümündəki rəqibləri müəyyənləşib.

Arena.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komandamız C Liqasının 2-ci qrupunda yer alıb.

Azərbaycan millisi Latviya, Gürcüstan və Lixtenşteyn yığmaları ilə eyni qrupda mübarizə aparacaq.

Qeyd edək ki, qrup mərhələsinin oyunları bir ev və bir səfər matçı olmaqla dairəvi sistem üzrə keçiriləcək. 1-ci və 2-ci turların qarşılaşmaları 2027-ci il fevralın 23-dən martın 6-dək, 3-cü və 4-cü turların matçları aprelin 13-dən 24-dək, 5-ci və 6-cı turların görüşləri isə iyunun 7-dən 15-dək baş tutacaq. A Liqasının 4 qrup qalibi final mərhələsinə vəsiqə qazanacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: