Bu gün Azərbaycanın “Xilasedici” voleybol komandası kişilər arasında Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununa çıxıb.
Arena.az xəbər verir ki, təmsilçimiz Bakıda Portuqaliyanın “Sportinq” komandası ilə qarşılaşıb.
Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilən görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Cəlil Cəlilovun baş məşqçisi olduğu kollektiv ilk setdə uduzsa da, sonrakı iki seti xeyrinə bitirib. Amma dördüncü tur qonaqların xeyrinə bitib. Həlledici setdə də qonaqlar üstün olublar.
Setlərin nəticəsi belə olub: 23:25, 25:19, 25:23, 23:25, 10:15.
Komandalar arasında cavab oyunu noyabrın 11-də keçiriləcək. “Xilasedici” növbəti mərhələyə yüksəlmək üçün səfərdə mütləq qələbə qazanmalıdır.


