“Sabah” Norveçdə “Vikinq”lə üz-üzə!

Futbol üzrə Azərbaycan çempionu “Sabah” bu gün UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsində növbəti oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Bakı klubu Liqa mərhələsinin 4-cü turunda Norveçin “Vikinq” komandası ilə qarşılaşacaq.

Stavanger şəhərindəki “Vikinq” stadionunda baş tutacaq görüşü niderlandlı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Sander van der Eyk olacaq. Ona həmyerliləri Rens Bluemink və Stefan De Qrot kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Coey Koy yerinə yetirəcək. VAR hakimi Jeron Mansxot, onun köməkçisi isə fransalı Jerom Brisar olacaq.

Xatırladaq ki, “bayquşlar” liqa mərhələsinin ilk turunda səfərdə İngiltərənin “Mançester Yunayted” komandasına 0:4 hesabı ilə uduzub. Çexiya təmsilçisi “Slaviya” ilə ev oyununda isə Azərbaycan çempionu 2:0 hesablı tarixi qələbəyə imza atıb. Dortmund “Borussiya”sı (Almaniya) ilə ev oyununda 1:2 hesabıyla uduzmuş təmsilçimiz hazırda 3 xalla 25-ci pillədə qərarlaşıb.

“Vikinq” isə əvvəlki turlarda “Aston Villa”ya (1:3), “Ştutqart”a (1:3) uduzub, “Bayern”lə 3:3 hesablı heç-heçəyə nail olub. Norveç təmsilçisi hazırda 1 xalla 33-cüdür.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 4-cü tur

4 noyabr

00:00. Vikinq – Sabah
Hakimlər: Sander van der Eyk, Rens Bluemink, Stefan De Qrot, Coey Koy (hamısı Niderland).
VAR: Jeron Mansxot (Niderland).
AVAR: Jerom Brisar (Fransa).
Stavanger. “Vikinq” stadionu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: