Futbol üzrə Fransa çempionatının sonuncu qalibi olan PSJ klubu UEFA Çempionlar Liqasının (ÇL) tarixində yeni rekorda imza atıb.
Arena.az xəbər verir ki, Paris təmsilçisi turnirin 2026/2027-ci illər mövsümünün əsas mərhələsinin 4-cü turunda səfərdə İspaniyanın “Vilyarreal” komandası ilə qarşılaşarkən 17 dəqiqə ərzində 4 qol vurub.
Bununla da sözügedən klub dörd qola ən qısa müddətdə çatmaq rekordunu yeniləyib. Əvvəlki rekord İspaniya “Real”ına məxsus idi. Madrid klubu 2011-ci ilin noyabrında Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasının qapısından oyunun ilk 20 dəqiqəsində 4 top keçirmişdi.
Bu oyunda 6:0 hesablı qələbəyə sevinmiş PSJ-nin “Vilyarreal”la görüşündə qolları Joao Neves (9-cu dəqiqə), Dezire Due (12), Senni Mayulu (13), Fabian Ruis (17, 50) və David Boli (78) vurublar.
Qeyd edək ki, Fransa nəhəngi UEFA Çempionlar Liqasının son iki mövsümünün qalibidir.


