İtaliyanın “Komo” komandası UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunda səfərdə “Lans”ı 9:1 hesabı ilə məğlub edib.
Arena.az xəbər verir ki, Sesk Fabreqasın rəhbərlik etdiyi komanda Fransada möhtəşəm nəticəyə imza ataraq turnirin əsas mərhələsində ən böyükhesablı qələbə rekordunu təkrarlayıb.
Qarşılaşmada Yunanıstan millisinin hücumçusu Anastasios Duvikas het-trik edib. İtaliya klubunun digər qollarına Niko Pas, Lukas Da Kunya, Mark Oliver Kempf, Mattia Liberali, Martin Baturina və Matteo Papaççioli imza atıblar.
9:1 hesablı qələbə “Komo”ya turnirin əsas mərhələsində ən böyük hesablı qələbə göstəricisini əldə etməyə imkan verib. İtaliya təmsilçisi bununla 2007-ci ildə “Liverpul”un “Beşiktaş”ı 8:0, 2015-ci ildə isə “Real”ın “Malmö”nü 8:0 məğlub etməsi ilə müəyyənləşən rekordu yeniləyib.
Bundan əlavə, “Lans” üzərində 8 top fərqli qələbə UEFA Çempionlar Liqası tarixində səfərdə ən böyük hesablı qələbədir.
Qeyd edək ki, bu, Komonun eyniadlı təmsilçisinin UEFA Çempionlar Liqasındakı ilk mövsümüdür.


