Futbol üzrə Azərbaycan çempionu “Sabah” bu gün UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsində növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, Bakı klubu Liqa mərhələsinin 4-cü turunda Norveçin “Vikinq” komandası ilə qarşılaşıb.
Stavanger şəhərindəki “Vikinq” stadionunda baş tutan görüşü niderlandlı hakimlər briqadası idarə edib. Matçın baş hakimi Sander van der Eyk olub.
Xatırladaq ki, “bayquşlar” ÇL-in liqa mərhələsinin ilk turunda səfərdə İngiltərənin “Mançester Yunayted” komandasına 0:4 hesabı ilə uduzub. Çexiya təmsilçisi “Slaviya” ilə ev oyununda Azərbaycan çempionu 2:0 hesablı tarixi qələbəyə imza atıb. Dortmund “Borussiya”sı (Almaniya) ilə ev oyununda 1:2 hesabıyla uduzmuş təmsilçimiz üçün Norveç sınağı da uğursuz alınıb. Bakı klubu səfərdə hesabı açmasına rəğmən, yekunda darmadağına üzülüb.
“Vikinq” əvvəlki turlarda “Aston Villa”ya (1:3), “Ştutqart”a (1:3) uduzmuş, “Bayern”lə 3:3 hesablı heç-heçəyə nail olmuşdu. Bir sözlə, Norveç təmsilçisi ilk qələbəsini məhz Azərbaycan çempionu üzərində qazanıb.
Bu nəticədən sonra “Vikinq” 4 xalla 22-ci, “Sabah” 3 xalla 31-cidir.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 4-cü tur
4 noyabr
Vikinq – Sabah 4:1
Qollar: Erik Botheym, 27; 90+4. Zlatko Tripiç, 69. Henrik Falçener, 81 – Patrik Mbina, 11.
Qırmızı vərəqə: Eyden Makkarti, 78.
Hakimlər: Sander van der Eyk, Rens Bluemink, Stefan De Qrot, Coey Koy (hamısı Niderland).
VAR: Jeron Mansxot (Niderland).
AVAR: Jerom Brisar (Fransa).
Stavanger. “Vikinq” stadionu.
Vikinq: 1. Arild Östbö, 5. Henrik Heqqheym, 6. Canni Stensness, 7. Kristoffer Askildsen, 10. Zlatko Tripiç (k), 16. Henrik Byördal, 22. Erik Botheym, 25. Henrik Falçener, 26. Simen Kviya-Egeskoq, 28. Kristoffer Hauqen, 29. Tobias Moi.
Ehtiyat oyunçular: 30. Lübomir Belko, 2. Herman Hauqen, 3. Vilyar Vevatne, 8. Coe Bell, 11. Romano Postema, 17. Essyen Bassey, 19. Amin Çosiç, 20. Peter Kristiansen, 23. Niklas Fuqlestad, 24. Vetle Auklend, 27. Yesper Daland, 33. Yakob Hansen.
Baş məşqçi: Byarte Lunde Arşeym.
Sabah: 92. Stas Pokatilov (k), 3. Stiv Solvet, 4. Eyden Makkarti, 6. Abdulla Xaybullayev, 7. Umarali Rahmonaliyev, 8. Kristian Nvaçukvu, 13. İvan Lepinitsa, 21. Velko Simiç, 27. Timoteuş Puxaç, 80. Akim Zedadka, 99. Patrik Mbina.
Ehtiyat oyunçular: 1. Amin Ramazanov, 94. Rəvan Mirzəmmədov, 5. Rəhman Daşdəmirov, 9. Xəyal Əliyev, 10. Aleksey İsayev, 11. Kahim Parris, 17. Tellur Mütəllimov, 20. Coy Lens Mikels, 33. Erivaldo Almeyda, 34. Ksander Severina, 37. Du Keyros, 88. Rodriqo Fernandes.
Baş məşqçi: Valdas Dambrauskas.


