Dambrauskas “Vikinq”ə biabırçı məğlubiyyətə aydınlıq gətirdi

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsində “Vikinq”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Norveçdə baş tutmuş görüşdə hesabı açmış Azərbaycan təmsilçisi yekunda darmadağına üzülüb – 1:4.

Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bura UEFA Çempionlar Liqasıdır və görüşlər çətin keçir. Biz Norveçə çox yaxşı səviyyədə hazırlaşaraq gəlmişdik. İlk hissədə tam bərabər səviyyədə oyun izlədik. Hər iki komanda əlinə düşən qol fürsətlərindən yararlandı. İkinci hissədə bir qədər açıq oyuna şahidlik etdik. Onlar təkbətək mübarizələrdə daha üstün idilər. Belə matçlarda sürətə fikir vermək gərəkdir”.

Litvalı mütəxəssis komandasının meydanda azlıqda qalmasından sonra belə baş-başa mübarizənin davam etdiyini söyləyib:

“Təəssüf ki, buraxdığımız qol bizi məğlubiyyətə apardı. Halbuki, azlıqda qalsaq belə, yaxşı çıxış edirdik. Dediyim kimi, bura UEFA Çempionlar Liqasıdır və səviyyə tam başqadır. Kiçik bir səhvlə qapımızda qol görə bilərik”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: