Ayxan Abbasov milliyə 27 futbolçu cəlb etdi

Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov qarşıdakı Lixtenşteyn və Andorra ilə oyunlar üçün heyəti açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA rəsmi saytı vasitəsilə məlumat yayıb.

Millimiz noyabrın 13-də UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində səfərdə Lixtenşteyn yığması ilə qarşılaşacaq. Noyabrın 16-da isə Andorra millisi ilə yoxlama oyunu baş tutacaq. Ayxan Abbasov bu iki oyun üçün milliyə 27 futbolçu cəlb edib. Onların arasında Lorenso Mezzotero, Eşqin Əhmədov və Nihad Əhmədzadə, Oruc Məmmədov kimi gənc futbolçular da var.

Heyəti nəzərinizə çatdırırıq:

  1. Şahruddin Məhəmmədəliyev – Qarabağ
  2. Aydın Bayramov – Zirə
  3. Emil Balayev – Neftçi
  4. Bədavi Hüseynov – Qarabağ
  5. Elvin Bədəlov – Neftçi
  6. Anton Krivotsyuk – Daejeon (Cənubi Koreya)
  7. Rahil Məmmədov – Turan Tovuz
  8. Rəhman Daşdəmirov – Sabah
  9. Rüfət Abbasov – Neftçi
  10. Toral Bayramov – Bursaspor (Türkiyə)
  11. Eşqin Əhmədov – Qəbələ
  12. Tellur Mütəllimov – Sabah
  13. Qismət Alıyev – Zirə
  14. Oruc Məmmədov – Şamaxı
  15. Fərid Yusifli – Şəfa
  16. Rüfət Abdullazadə – Hapoel Kiryat Şimona (İsrail)
  17. Namiq Ələsgərov – Kəpəz
  18. Murad Məmmədov – Pafos (Yunanıstan)
  19. Abdulla Xaybullayev – Sabah
  20. Aleksey İsayev – Sabah
  21. Xəyal Əliyev – Sabah
  22. Emil Mustafayev – Sumqayıt
  23. Emin Mahmudov – Neftçi
  24. Nihat Əhmədzadə – Sumqayıt
  25. Mahir Emreli – Rakuv (Polşa)
  26. Musa Qurbanlı – Qarabağ
  27. Lorenso Mezzotero – Sampdoriya (İtaliya)
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: