Jorje Jezus Ronaldonun şəklini millinin məşq zalına asıb

Futbol üzrə Portuqaliya milli komandasının baş məşqçisi Joze Jezus Kristiano Ronaldonu ölkəsinin yığması üçün əsas örnək hesab edir.

Arena.az xəbər verir ki, 71 yaşlı mütəxəssis bu barədə futbolçunun milli komandadakı karyerasını başa vurması ilə bağlı açıqlamasında danışıb.

Jezusun sözlərinə görə, o, Ronaldonun böyük ölçülü şəklini Portuqaliya millisinin məşq zalına yerləşdirib ki, gənc futbolçular hər gün onu özlərinə nümunə kimi görsünlər.

Mütəxəssis bildirib ki, Ronaldonun komandada qalmasını istəyib, lakin onun qərarına hörmətlə yanaşır. Jorje Jezus 41 yaşlı hücumçunun portuqaliyalıların qəlbində əbədi qalacağını vurğulayıb.

Ronaldo noyabrın 5-də Portuqaliya millisində çıxışını başa vurduğunu açıqlayıb. O, yığmanın heyətində 150 qol vuraraq milli komandalar tarixinin ən məhsuldar futbolçusudur.

Qeyd edək ki, Ronaldo 2016-cı ildə Avropa çempionu, iki dəfə isə UEFA Millətlər Liqasının qalibi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: