Futzal millimizin Latviya ilə oyunu xorvatlara tapşırıldı

Futzal üzrə dünya çempionatının (DÇ-2028) əsas mərhələsində keçiriləcək Azərbaycan – Latviya oyununun hakimləri müəyyənləşib.

Arena.az bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.

12-ci qrupun qarşılaşmasını Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün idarəçiliyi Dino Kramar, Nikola Jeliç və Nina Nakiçə tapşırılıb.

Matçın “timekeeper”i Hidayət Feyzullayev, hakim-inspektoru Ancelo Qalante (İtaliya), UEFA nümayəndəsi isə Ştefan Kammerer (Almaniya) olacaq.

Qeyd edək ki, Azərbaycan – Latviya oyunu noyabrın 8-də Bakı İdman Sarayında keçiriləcək. Oyuna saat 20:00-da start veriləcək.

Futzal millimiz daha öncə Çexiyaya səfərdə 1:2 hesabıyla uduzub, evdə 2:2 hesablı heç-heçəyə razılaşıb.

DÇ-2028-in əsas mərhələsi
12-ci qrup

8 noyabr

Azərbaycan – Latviya
Hakimlər: Dino Kramar, Nikola Jeliç, Nina Nakiç (Hakimlər briqadası Xorvatiyadandır).
Timekiper: Hidayət Feyzullayev (Azərbaycan)
Hakim-inspektor: Angelo Qalante (İtaliya).
UEFA nümayəndəsi: Stefan Kammerer (Almaniya).
Bakı İdman Sarayı. Saat 20:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: