“Mançester Siti” 2024-cü ildən sonra ilk dəfə 3 oyunda uduzdu

2026/2027-ci illər mövsümünə möhtəşəm başlamış “Mançester Siti” İngiltərə Premyer Liqasında ardıcıl üçüncü məğlubiyyətini alıb.

Arena.az xəbər verir ki, Enzo Mareskanın komandası 10-cu turda səfərdə “Nottingem Forest”ə 1:3 hesabı ilə uduzub.

Meydan sahiblərinin qollarını Jair Kunya və Liam Delap (2) vurub. “Siti”nin yeganə qoluna isə Rayan Şerki imza atıb.

Bu nəticə “Mançester Siti”nin 2024-cü ilin noyabr-dekabrından sonra ilk dəfə Premyer Liqada üç matç ardıcıl məğlub olması ilə nəticələnib.

Maraqlıdır ki, “şəhərlilər” mövsümün ilk 7 turunun hamısında qələbə qazanmışdılar. Hazırda komanda 10 oyundan 21 xalla ikinci pillədədir və lider “Arsenal”dan 6 xal geri qalır.

MS həm də İngiltərə çempionatında 122 illik arzuolunmaz rekordu təkrarlayıb. Premyer Liqada keçirdiyi ilk yeddi oyunda qələbə qazanmış “şəhərlilər” daha sonra ardıcıl üç məğlubiyyət alıblar. Bu, İngiltərənin ən yüksək divizionu tarixində baş verən ikinci belə haldır.

Bundan əvvəl, yeddi qələbəlik startdan sonra oxşar eniş yaşamış yeganə komanda 1904/1905-ci illər mövsümündə “Şeffild Uensdey” olub.

“Mançester Siti” növbəti Premyer Liqa oyununu noyabrın 21-də evdə “Fulhem”ə qarşı keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: