“Mançester Yunayted” 40 ildən sonra antirekordu təkrarladı

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının 2026/2027-ci illər mövsümünün turnir cədvəlində düşmə zonasına yuvarlanıb.

Arena.az xəbər verir ki, “Nottingem Forest”in “Mançester Siti”ni 3:1 hesabı ilə məğlub etməsindən sonra “qırmızı şeytanlar” 7 xalla 18-ci pilləyə geriləyiblər.

Beləliklə, MY 1986-cı ilin noyabrından sonra ilk dəfə çempionatın ən azı doqquz turu başa çatdıqdan sonra günü son üçlükdə keçirib. Komandanın hazırkı vəziyyətdən çıxması üçün növbəti turda “Aston Villa”nı məğlub etməsi lazımdır.

Maykl Karrikin rəhbərlik etdiyi kollektiv bu mövsüm Premyer Liqada cəmi bir qələbə qazanıb. Qalan görüşlərdə 4 heç-heçə və 4 məğlubiyyət qeydə alınıb.

Xatırladaq ki, “Mançester Yunayted” İngiltərə çempionatının ən titullu komandalarından biridir. Klub “Liverpul”la birlikdə 20 çempionluqla rekord göstəricini bölüşür.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: