Anton Krivotsyuk növbəti 90 dəqiqə, növbəti 1:1

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon Hana Sitizen” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, futbolçumuzun komandası ölkə çempionatının (K Liqa 1) 19-cu turu çərçivəsində “Jeju Yunayted”lə qarşılaşıb.

“Daejeon Hana Sitizen” bu rəqiblə səfərdə üz-üzə gəlib. Futbolçumuzun komandası oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Anton bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb.

“Daejeon Hana Sitizen” 19 turdan sonra topladığı 27 xalla 12 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.

Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, indiyə qədər bu komandada 17 çempionat matçına çıxıb, 1 qol, 1 məhsuldar ötürmə müəllifi olub. Futbolçumuz 1 qırmızı və 2 sarı vərəqə də alıb. Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 30 matça çıxıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: