“Araz-Naxçıvan” ÇL-də Rumıniya çempionuna qalib gəldi

Azərbaycan çempionu “Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasının 2025/26 mövsümününün əsas mərhələsində ilk matçını keçirib.

Arena.az xəbər verir ki, Naxçıvan təmsilçisi qrupdakı ilk oyununda Rumıniyanın “Yunayted Qalati” kollektivi ilə üz-üzə gəlib.

7-ci qrupun matçı “Sala Sporturilor Dunarea”da baş tutub. Azərbaycan çempionu bu oyunda 2:1 hesablı qələbəyə sevinib.

Yevgeni Kukseviçin baş məşqçisi olduğu kollektiv qrupda növbəti matçını sabah Lüksemburqun “Differdanj” komandasına qarşı keçirəcək. noyabrın 1-də isə Niderlandın “Tigers Roermond” komandası ilə qarşılaşma baş tutacaq.

UEFA Çempionlar Liqası, əsas mərhələ
29 oktyabr

Araz-Naxçıvan – Yunayted Qalati 2:1
Hakimlər: Aslan Qalayev (Qazaxıstan), Valentin Kyuplea (Uels), İrmantas Kapraşovas (Litva).
Timekiper: Laurentiu Deakonu (Rumıniya).
Hakim-inspektor: Neboysa Paniç (Serbiya).
UEFA nümayəndəsi: Miodraq Raduloviç (Monteneqro).
“Sala Sporturilor Dunarea”. Saat 22:00.

Xəbəri istədiklərinizlə paylaşın