FIFA Türkiyə Super Liqasında mübarizə aparan “Antalyaspor”a, eləcə də Birinci Liqa təmsilçisi “Sivasspor”a transfer qadağası qoyub.
Arena.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Bu barədə FIFA qərar qəbul edib. Ali futbol qurumunun Super Liqa təmsilçisini cəzalandırmasına Antalya təmsilçisinin sabiq futbolçusu Samuel Eto’оnun menecerinə ödəməli olduğu vəsaiti onun hesabına köçürməməsidir. Super Liqa təmsilçisi qarşıdakı üç transfer dönəmində heyətinə yeni oyunçu qata bilməyəcək.
Xatırladaq ki, Samuel Eto’о 2015-2018-ci illərdə “Antalyaspor”un formasını geyinib. Sözügedən komanda hazırda Super Liqanın turnir cədvəlində 10 xalla 14-cü pillədə qərarlaşıb.
“Sivasspor” da qarşıdakı üç transfer dönəmində heyətinə yeni oyunçu qata bilməyəcək. Buna klubun maliyyə feyr-pleyi və müqavilələrlə bağlı qaydaları pozması səbəb göstərilib.
Qeyd edək ki, “Sivasspor”da Azərbaycan millisinin formasını geyinmiş Mert Çelik də çıxış edir. Bu komanda hazırda Birinci Liqada 14 xalla 11-ci pillədə qərarlaşıb.


