Türkiyədə MHK rəhbəri həbs olundu

Türkiyədə son günlərinə gündəminə çevrilmiş “hakimlər işi” adı ilə tanınan araşdırma çərçivəsində saxlanılan 7 şübhəlidən 5-i həbs olunub.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Xəbərdə vurğulanır ki, İstanbul Respublika Baş Prokurorluğunun qanunsuz mərc və idman cinayətləri bürosunun apardığı istintaq çərçivəsində şübhəlilər işgəncə, rəsmi sənəddə saxtakarlıq, etibardan sui-istifadə və şəxsi məlumatların qanunsuz əldə edilməsi ilə bağlı ittihamlarla araşdırılır.

Mərkəzi Hakimlər Komitəsinin (MHK) sədri Ferhat Gündoğdu, Türkiyə Fəal Futbol Hakimləri və Müşahidəçiləri Dərnəyinin İstanbul şöbəsinin sədri Ferdi Karadoruk, sabiq MHK sədr müavini Ahmet Şahin, sabiq MHK üzvü Yunus Yıldırım, həmçinin Alican Sağlar, Sebahattin Şahin və Emre Kosif hakim qarşısına çıxarılıblar.

Məhkəmənin qərarı ilə Gündoğdu, Karadoruk, Yıldırım, Sağlar və Kosif barəsində həbs qətimkan tədbiri seçilib. Sebahattin Şahin və Ahmet Şahin isə xaricə çıxış qadağası və imza öhdəliyindən ibarət məhkəmə nəzarətinə buraxılıb.

İstintaq materiallarında MHK rəhbərliyi və bəzi hakim-müşahidəçilərin araşdırılan əməllərlə əlaqəsinin ola biləcəyi iddia edilir. Araşdırma davam edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: