“Atletiko” səfərdə, “Real” evdə qələbə qazandı

Futbol üzrə İspaniya La Liqasında 4-cü turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bazar günü daha dörd qarşılaşma baş tutub.

Lider “Real” bu turda “Selta” ilə qarşılaşıb. Madrid təmsilçisi yeddi qolun qeydə alındığı bu oyunda darmadağına sevinib.

Madridin digər təmsilçiis “Atletiko” isə Kataloniya səfərində “Espanyol” üzərində əzmkar qələbə qazanıb.

“Valensiya” səfərdə “Osasuna”ya, “Real Sosyedad” isə “Kadis”ə qalib gəlib.

Turun “Vilyarreal” – “Alaves” və “Sevilya” – “Barselona” matçları təxirə salınıb.

İspaniya La Liqası
4-cü tur
11 sentyabr

Levante – Rayo Valyekano 1:1
Qol: Marti, 39-pen – Qvardiola, 90+2.

Atletik – Malyorka 2:0
Qol: Vivian, 68. Uilyams, 74.

12 sentyabr

Espanyol – Atletiko 1:2
Qol: De Tomas, 40 – Karrasko, 79. Lemar, 90+9.

Osasuna – Valensiya 1:4
Qol: Monkayola, 8 – M.Qomes, 26. A.Hernandes, 51-öz qapısına. Quedes, 55. Alderete, 73.

Kadis – Real Sosyedad 0:2
Qol: Oyarzabal, 71; 84-pen.

Real – Selta 5:2
Qol: Benzema, 24; 46; 87. Vinisius, 54. Kamavinqa, 72 – Mina, 4. Çervi, 31.

13 sentyabr

22:00 Xetafe – Elçe
00:00 Qranada – Betis