Avropa çempionatı: Daha bir qrupda mübarizəyə yekun vuruldu

Futbol üzrə Avropa çempionatı (AÇ-2020) davam edir. Arena.az xəbər verir ki, bu gün qitə birinciliyinin qrup mərhələsi çərçivəsində daha iki qarşılaşma baş tutub.

D qrupunun son turunda Çexiya – İngiltərə matçına böyük maraq vardı. Hər iki komanda əvvəlki iki turda 4 xal qazanmışdı. Mümkün heç-heçə hər iki komandanı 1/8 finala daşıyacaqdı. Hansısa komandanın məğlub olması isə vəziyyəti çətinləşdirəcəkdi. İngilislər bu oyundan qalib ayrılmaqla qrup birincisi kimi növbəti mərhələyə yüksəlib.

Qrupun digər oyunu Xorvatiya və Şotlandiya yığmaları arasında baş tutub. Bu oyundan qalib ayrılacaq komanda da qrup ikincisi olmaq şansına malik idi. Lakin digər oyunda heç-heçə qeydə alınsa, bu görüşün qalibi ən yaxşı qrup üçüncüləri arasında yer almağı arzulayacaqdı. Xorvatlar bu oyundan inamlı qələbə ilə ayrılmaqla məhz qrup ikinciliyini ələ keçiriblər. Çexiya isə üçüncü sıraya enib və ən yaxşı qrup üçüncülərindən biri kimi 1/8 finalda oynamaq şansına malikdir.

Avropa çempionatı
D qrupu
22 iyun

Xorvatiya – Şotlandiya 3:1
Qol: N.Vlaşiç, 17. L.Modriç, 62. İ.Perişiç, 77 – K.Makqreqor, 42.
Baş hakim: Fernando Rapallini (Argentina).
Qlazqo. “Hampden Park” stadionu.

Xorvatiya: 1. Dominik Livakoviç, 4. İvan Perişiç, 6. Deyan Lovren, 8. Mateo Kovaçiç, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç, 13. Nikola Vlaşiç, 20. Bruno Petkoviç, 21. Domaqoy Vida, 22. Yosip Yuranoviç, 25. Yoşko Qvardiol.
Ehtiyat oyunçular: 12. Lovre Kaliniç, 23. Simon Sluqa, 2. Şime Vrsalko, 3. Borna Barişiç, 5. Duye Çaleta-Çar, 7. Yosip Brekalo, 9. Andrey Kramariç, 14. Ante Budimir, 15. Mario Paşaliç, 17. Ante Rebiç, 19. Milan Badel, 26. Luka İvanuşeç.
Baş məşqçi: Zlatko Daliç.

Şotlandiya: 1. David Marşall, 2. Stiven O`Donnell, 3. Endryu Robertson (k), 4. Skott Maktominay, 5. Qrant Heynli, 6. Kiran Tirni, 7. Con Makqinn, 8. Kallum Makqreqor, 9. Lindon Dayks, 10. Çe Adams, 17. Stüart Artmstronq.
Ehtiyat oyunçular: 12. Kreyq Qordon, 21. Con Maklaflin, 11. Rayan Kristi, 14. Con Flek, 15. Deklan Qallaxer, 16. Liam Kuper, 18. David Ternbull, 19. Kevin Nisbet, 20. Rayan Freyzer, 22. Natan Patterson, 25. Ceyms Forrest, 26. Skott Makkenna.
Baş məşqçi: Stiv Klark.


Çexiya – İngiltərə 0:1
Qol: R.Sterlinq, 12.
Baş hakim: Artur Dias (Portuqaliya).
London. “Uembli” stadionu.

Çexiya: 1. Tomaş Vatslik, 3. Andrey Çelustka, 5. Vladimir Çoufal, 6. Tomaş Kalas, 8. Vladimir Darida (k), 9. Tomaş Holeş, 10. Patrik Şik, 12. Lukas Masopust, 14. Yakub Yankto, 15. Tomaş Souçek, 18. Yan Boril.
Ehtiyat oyunçular: 16. Aleş Mandous, 23. Tomaş Koubek, 2. Pavel Kaderabek, 4. Yakub Brabeç, 7. Antonin Barak, 11. Mixael Krmençik, 13. Petr Şevçik, 19. Adam Hlojek, 20. Matey Vidra, 21. Aleks Kral, 22. Aleş Mateyu, 24. Tomaş Pexart.
Baş məşqçi: Yaroslav Şilhavı.

İngiltərə: 1. Cordan Pikford, 2. Kayl Uolker, 3. Lyuk Şou, 4. Deklan Rays, 5. Con Stounz, 6. Harri Maquayr, 7. Cek Qriliş, 9. Harri Keyn (k), 10. Rahim Sterlinq, 14. Kelvin Fillips, 25. Bukayo Saka.
Ehtiyat oyunçular: 13. Aaron Ramzdeyl, 23. Sem Conston, 8. Cordan Henderson, 11. Markus Reşford, 12. Kiran Trippyer, 15. Tayron Minqs, 16. Konor Koadi, 17. Ceydon Sanço, 18. Dominik Kalvert-Levin, 22. Ben Uayt, 24. Riz Ceyms, 26. Cud Bellingem.
Baş məşqçi: Qaret Sautqeyt.


İngiltərə – 7, Xorvatiya – 4, Çexiya – 4, Şotlandiya – 1.

Xəbəri sosial şəbəkələrdə paylaş: