Azər Əliyev 90 oynadı, “Ufa” 1 xalla kifayətləndi

Futbol üzrə Rusiya Premyer Liqasında 15-ci turun oyunları keçirilib. Arena.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Rostov”la üz-üzə gəlib. Əliyevin komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.

Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Ufa” 15 turdan sonra 15 xalla 16 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.