Azərbaycan millisi Qəbələdə Gürcüstan yığmasına qalib gəldi

Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlıq çərçivəsində ilk sınaq matçına çıxıb.

Arena.az xəbər verir ki, Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 2:1 hesablı qələbə qazanıb.

U-19-un qollarını 45+1-ci dəqiqədə Sadiq Şəfiyev, 82-ci dəqiqədə isə Ravil Qafarov vurub.

Xatırladaq ki, Azərbaycan millisi hazırlıq çərçivəsində növbəti oyununu iyunun 20-də Belarusun U-19 komandasına qarşı keçirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: