Bu gün futzal üzrə Azərbaycan millisi daha bir yoxlama oyunu keçirib. Arena.az xəbər verir ki, Joze Alesionun çalışdırdığı yığmamız Ukrayna milli komandası ilə qarşılaşıb.
Bu rəqiblə ikinci qarşılaşma da FHN-in İdman-sağlamlıq mərkəzində baş tutub. Azarkeşlər üçün qapalı olan qarşılaşma yığmamızın növbəti məğlubiyyəti ilə başa çatıb. Komandamız bu dəfə 1:5 hesabıyla uduzub. Millimizin yeganə qoluna Qalo imza atıb.
Xatırladaq ki, Azərbaycan millisi bu rəqiblə ötən gün baş tutan ilk görüşdə də 0:4 hesabıyla uduzmuşdu.
Yoxlama oyunu
19 dekabr
Azərbaycan – Ukrayna 1:5
Qol: Qalo, 19:40 – Petro Şoturma, 5:39. Qalo, 22:11-öz qapısına. Daniel Abakşin, 23:55. İqor Korsun, 31:55. Aleksandr Suxov, 39:00.
Hakimlər: Hikmət Qafarlı, Əli Cəbrayılov, Knyaz Əmiraslanov.
Hakim-inspektor: Azər Əsgərov.
Timekeeper: Rza Məmmədov.
Bakı. FHN-in İdman-sağlamlıq mərkəzi. Saat 18:00.
Azərbaycan: 12. Rövşən Hüseynli, 3. Bolinya, 5. Fineo De Arauxo, 9. Rafael Vilela, 13. Qalo, 1. Emin Kürdov, 8. Rizvan Fərzəliyev (k), 7. Ramiz Çovdarov, 10. İsa Atayev, 11. Xətai Bağırov, 19. Cavad Məmmədov, 15. Amir Şoxaei, 2. Nurlan Mehdizadə, 20. Tofiq Mikayılov, 16. Xəzər Ağalızadə.
Baş məşqçi: Joze Alesio Da Silva.
Ukrayna: 12. Yuri Savenko, 11. Artyom Farenyuk, 14. Petro Şoturma (k), 15. Mikola Biloçerkiveç, 19. Mixaylo Zvariç, 1. Kirilo Çipun, 13. İqor Korsun, 4. İqor Çernyavski, 5. Yaroslav Lebid, 7. Yevgeni Siryi, 8. Vladimir Razuvanov, 9. Daniel Abakşin, 16. Aleksandr Suxov (q), 17. Aleksandr Pedyaş.
Baş məşqçi: Aleksandr Kosenko.


