Azərbaycan Premyer Liqasında 6-cı turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 6-cı turun oyun cədvəli müəyyənləşib. Arena.az xəbər verir ki, bu tur keçirilməli olan “Neftçi” – “Səbail” matçının yeri dəyişdirilib.

Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, bu dəyişikliyə “Bakcell Arena”da aparılan renovasiya işləri səbəb olub. Bununla əlaqədar “Neftçi”nin rəsmi müraciəti, “Səbail”in razılığı ilə 6-cı turun oyunu “Səbail” – “Neftçi”, 12-ci turun oyunu “Neftçi” – “Səbail” olaraq dəyişdirilib.

Turun ilk və sonuncu oyun günlərində bir qarşılaşma baş tutacaq. Digər iki oyun isə oktyabrın 2-də keçiriləcək.

Azərbaycan Premyer Liqası
6-cı tur
1 oktyabr

18:00. “Zirə” – “Sumqayıt”
Zirə İdman Kompleksinin stadionu.

2 oktyabr

17:00. “Keşlə” – “Sabah”
Bakı. “ASK Arena”.

19:15. “Səbail” – “Neftçi”
Bakı. “ASCO Arena”.

3 oktyabr

19:00. “Qarabağ” – “Qəbələ”
Bakı. “Azersun Arena”.

Xəbəri sosial şəbəkələrdə paylaş: