Azərbaycanın U-19 millisinin Bakıda Şimali Makedoniya yığmasına qarşı keçirəcəyi yoxlama oyunları üçün heyəti açıqlanıb. Arena.az xəbər verir ki, baş məşqçi Aqil Nəbiyev qarşıdakı iki oyun üçün 23 futbolçuya dəvət göndərib.
Xatırladaq ki, Azərbaycanın U-19 millisinin Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə yoxlama oyunları Mərdəkandakı “Dalğa Arena”da baş tutacaq. Martın 24-və 27-də keçiriləcək hər iki qarşılaşmaya saat 18:00-da start veriləcək.
Bu oyunlara hazırlıq bu məqsədlə yığmamız martın 20-dən 28-dək Bakıda təlim-məşq toplanışında olacaq. Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
- Xəyal Fərzullayev – MOİK
- Sadiq Məmmədzadə – Səbail
- Osman Hüseynov – Riqa (Latviya)
- Raul Hacıyev – Rustavi (Gürcüstan)
- Murad Musayev – Qəbələ
- Samir Ağayev – Qəbələ
- Aslan Şirinov – Neftçi
- Eşqin Əhmədov – Qəbələ
- Tuncay Cəfərli – Sabah
- Musa Məmmədov – Qarabağ
- Əkbər Eyubov – Səbail
- Şahin Şahniyarov – Qəbələ
- Edqar Adilxanov – Şamaxı
- Murad Ələkbərov – Zirə
- Fəxri Məmmədli – Sabah
- Nihad Cabbarov – Sabah
- Elton Mikayılov – Qarabağ
- Nihad Əhmədzadə – Sumqayıt
- Murad Məmmədov – Neftçi
- Nahid Əliyev – Dinamo (Sankt-Peterburq, Rusiya)
- Nihad Mehrəliyev – Qarabağ
- Sənan Ağalarov – Qəbələ
- Sadiq Şəfiyev – Turan Tovuz


