“Beşiktaş” bu 8 namizəd arasından seçim edəcək

Türkiyənin “Beşiktaş” klubunda Rıza Çalımbayla yollar ayrıldıqdan sonra baş məşqçi namizədlərin siyahısı bəlli olub.

Arena.az xəbər verir ki, 8 məşqçinin yer aldığı siyahıda yeganə yerli namizəd Sərgən Yalçındır.

Xatırladaq ki, Super Liqada “Alanyaspor”a 1:3 hesabı ilə məğlubiyyət İstanbul klubunun Rıza Çalımbayı istefaya göndərməsi ilə nəticələnib. Bu istefadan dərhal sonra “ağ-qaralar” məşqçi axtarışına başlayıblar. Türkiyə mətbuatının iddiasına görə, hazırda siyahıda 8 nəfərin adı yer alıb. “Qara qartallar”ın yeganə yerli namizədinin Sərgən Yalçın olması diqqət çəkib.

“Beşiktaş”ın baş məşqçi namizədlərini təqdim edirik:

Sərgən Yalçın
Fabio Kannavaro
Slaven Biliç
Xorxe Sampaoli
Rud Van Nistelroy
Frank de Bur
Bruno Genesio
Stanislav Çerçesov

Xatırladaq ki, “qara qartallar” Super Liqada 16 turdan sonra 26 xalla 5-ci pillədə qərarlaşıb.

Nihad Əsədov

Xəbəri istədiklərinizlə paylaşın