Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün qış fasiləsinə yekun vurulub və 13-cü tura start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.
MOİK doğma meydanda “Karvan”a, “Mingəçevir” isə “Şamaxı”ya minimal hesabla məğlub olub. “Difai Ağsu” autsayder “Araz Saatlı” ilə ev oyununda 4 cavabsız qola sevinib.
Birinci Liqa
13-cü tur
8 fevral
MOİK – “Karvan” 0:1
Qol: İzzət Müştaqov, 86.
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Sənan Atayev, Səbuhi Bayramov.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Binə qəsəbə stadionu, 14:00.
“Difai Ağsu” – “Araz Saatlı” 4:0
Qollar: Seymur Rəhimov, 5. Rəhman Quliyev, 17. Tahir Zeynalov, 73. Əbil Əbilov, 79.
Hakimlər: Tural Qurbanov, Teymur Teymurov, Tərlan Talıbzadə, Elvin Bayramov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Şamaxı şəhər stadionu, 14:30.
“Mingəçevir” – “Şamaxı” 0:1
Qol: Emin Zamanov, 64-pen.
Hakimlər: Kamran Əliyev, Asiman Əzizli, Mirnihad Seyidov, Vüqar Həsənli.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 15:00.
9 fevral
“İrəvan” – “İmişli”
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Kərim Zeynalov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “ASK Arena”, 13:00.
“Zaqatala” – “Qaradağ Lökbatan”
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Orxan İbişov, Əkbər Əhmədov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00.


