“Böyük Dəbilqə”: Cüdoçularımızın Astanada ilk rəqibləri bəlli oldu

Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən növbəti “Böyük Dəbilqə” turniri Qazaxıstanın paytaxtı Astana şəhərində keçiriləcək.

Arena.az xəbər verir ki, iyunun 15-də turnirin püşkatma mərasimi keçirilib.

Püşkatmanın nəticələrinə əsasən Azərbaycan cüdoçularının da ilk rəqibləri məlum olub.

Xatırladaq ki, Azərbaycan milli komandası budəfəki “Böyük Dəbilqə”də 9 çəki dərəsində 13 kişi və 4 qadın cüdoçu ilə təmsil olunacaq. Cüdoçularımız böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçi Mehman Əzizov, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və böyük performans analitik Zaur Babayevin rəhbərliyi altında çıxış edəcəklər.

Üç gün davam edəcək turnirdə bütövlükdə 42 ölkədən 300-dən çox idmançı medallar uğrunda mübarizə aparacaq.

Turnirə bu gün – iyunun 16-da start veriləcək. Son qaliblər isə ayın 18-də bəlli olacaq.

Kişilər

-60 kq
Kənan İsmayılov – Aybek Omirov (Türkmənistan)
Nazir Talıbov – Fransisko Mendes (Portuqaliya)

-66 kq
Kəramət Hüseynov – Nurali Emomali (Tacikistan)
Kamran Süleymanov – Obid Cebov (Tacikistan)

-73 kq
Telman Vəliyev – Andrev Munninqs (Baham adaları)
Rəşid Məmmədəliyev – Parahat Nazarov (Türkmənistan)

-81 kq
Məhərrəm İmamverdiyev – Tim Qramkov (Almaniya)
Zelim Tçkayev – Askerbiy Qerbekov (Bəhreyn)

-90 kq
Vüqar Talıbov – Louis Krieber Qaqnon (Kanada)
Elcan Hacıyev – Aleks Kret (Rumıniya)

-100 kq
Aslan Mirzəyev – Bekzat Şaqatayev (Qazaxıstan)

+100 kq
Uşanqi Kokauri – Valeriy Endovitskiy (Fərdi Neytral İdmançılar) / Yerassıl Kazıbayev (Qazaxıstan)
Camal Qamzatxanov – Conas Şrayber (Almaniya)

Qadınlar

-48 kq
Leyla Əliyeva – Nuralim Sarsenbek (Qazaxıstan)
Ramilə Əliyeva – Şuaixia Han (Çin)

-52 kq
Aydan Vəliyeva – Ryoko Takeda (Yaponiya)
Gültac Məmmədəliyeva – Tolqanay Abeuova (Qazaxıstan) / Aziane Toro Soler (İspaniya)

Xəbəri sosial şəbəkələrdə paylaş: