Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 17-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında “Auqsburq” və “Union Berlin” komandaları üz-üzə gəliblər. Tərəflər yekunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Beləliklə, geridə qalmış 17 turdan sonra 47 xala malik “Bayern” vahid liderdir. Dortmund “Borussiya”sı 36 xalla ikinci pillədə qərarlaşıb. “Leypsiq”lə “Ştutqart” 32, “Hoffenhaym” 30, “Bayer” 29, “Ayntraxt” 26 xal toplayıb.
Almaniya, Bundesliqa
17-ci tur
13 yanvar
Maynts – Haydenhaym 2:1
Qollar: Vidmer, 30. Amiri, 49 – Şimmer, 60.
Borussiya (Dortmund) – Verder 3:0
Qollar: Şlotterbek, 11. Zabitser, 76. Girassi, 83.
Ştutqart – Ayntraxt 3:2
Qollar: Demiroviç, 27. Undav, 35. Narti, 87 – Kristensen, 5. Amaymuni, 80.
Hamburq – Bayer matçı təxirə salınıb
14 yanvar
Volfsburq – Sankt Pauli 2:1
Qollar: Eriksen, 25-pen. Peyçinoviç, 88 – Smit, 40.
Köln – Bayern 1:3
Qollar: Maina, 41 – Qnabri, 45+5. Kim, 71. Karl, 84.
Hoffenhaym – Borussiya (Mönhenqladbax) 5:1
Qollar: Kramariç, 22-pen; 45+1; 45+5. Lemperle, 24. Moerstedt, 77 – Maçino, 69.
Leypsiq – Frayburq 2:0
Qollar: Orban, 53. R.Kardozo, 56.
15 yanvar
Auqsburq – Union Berlin 1:1
Qollar: Klod-Mauris, 45+6 – Lyubiçiç, 90+2.


