“Çelsi”də yeni strategiya – gənc oyunçular, az məvacib və bonuslar

İngiltərənin “Çelsi” klubunun rəhbərliyi yenidənqurma strategiyası çərçivəsində maaş fondunu aşağı salmağa çalışır.

Arena.az bu barədə “The Athletic”ə istinadən xəbər verir.

Məlumatda deyilir ki, “zadəganlar” yüksək maaş alan futbolçularla yollarını ayırmağı nəzərdə tutublar.

Klubla yollarını ayırmağa yaxın olan Kay Haverts həftədə 300 min funt-sterlinqə qədər məvacib alır. O, klubun ən yüksək ödənişli futbolçularından biridir. Səudiyyə Ərəbistanına azad agent qismində yollanmış Nqolo Kante də bu qəbildəndir.

Bu yay transfer pəncərəsində “Çelsi” digər yüksək maaşlı futbolçuları – Romelu Lukaku, Kristian Pulişiç və Pyer-Emerik Obameyanqla da yollarını ayırmaq istəyir.

Vurğulanır ki, “Çelsi”nin məqsədi “daha aşağı maaşla həvəsləndirici müqavilələr əsasında gənc oyunçulardan ibadət komanda birliyi yaratmaqdır”.

Məsələn, Mixaylo Mudrik Donetsk “Şaxtar”ından köçdükdən sonra həftəlik 97 min funt-sterlinqlik müqavilə imzalayıb ki, bu da yüksək profilli transfer üçün nisbətən aşağı məbləğdir. “Benfika”dan Portuqaliya klubunun transfer rekordu olan – 106 milyon funt-sterlinqə transfer edilmiş Entso Fernandes də bundan çox qazana bilmir.

Gənc futbolçular Malo Qyusto və Andre Santos yanvarda müvafiq olaraq “Olimpik” (Lion) və “Vasko de Qama”dan transfer edildikdən sonra gələn ay rəsmi surətdə komandaya qoşulacaqlar. Bu futbolçular daha az məvacib alacaqlar.

Bundan əlavə, “Çelsi” əvvəllər yeni gələn futbolçularla müqavilələrə komanda UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməyəcəyi təqdirdə maaşlarının azaldılması ilə bağlı bənd daxil etmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: