“Cenoa” Hernani ilə gücləndi

İtaliyanın “Cenoa” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, A Seriyası təmsilçisi “Parma”dan Hernanini transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı müdafiəçi 2021/22 mövsümünün sonuna kimi icarə əsasında “Cenoa”da çıxış edəcək.

Braziliyalı futbolçu 2019-cu ildən “Parma”da çıxış edirdi. O, daha öncə “Sent-Etyen”, “Zenit”, “Joinvill” və “Atletiko Paranense” kimi klubların da formasını geyinib.