Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2026/2027-ci illər mövsümünün Liqa mərhələsində 2-ci tura start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma baş tutacaq.
Azərbaycan çempionu “Sabah” doğma meydanda Çexiyanın “Slaviya” (Praqa) komandasını qəbul edəcək. Bakı klubunun növbəti rəqiblərindən olan “Barselona” səfərdə Türkiyə çempionu “Qalatasaray”la üz-üzə gələcək. “Arsenal” evdə “Lill”i, “Vikinq” “Bayern”i qəbul edəcək. “Napoli” isə səfərdə “Vilyarreal”la qarşılaşacaq.
ÇL-in Liqa mərhələsinin ilk turunun qalan oyunları sabah keçiriləcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 2-ci tur
13 oktyabr
20:45. Lans (Fransa) – Sportinq (Portuqaliya)
20:45. Sabah (Azərbaycan) – Slaviya (Çexiya)
23:00. İnter (İtaliya) – Brügge (Belçika)
23:00. Arsenal (İngiltərə) – Lill (Fransa)
23:00. Atletiko (İspaniya) – Mançester Yunayted (İngiltərə)
23:00. Leypsiq (Almaniya) – PSV (Niderland)
23:00. Vilyarreal (İspaniya) – Napoli (İtaliya)
23:00. Qalatasaray (Türkiyə) – Barselona (İspaniya)
23:00. Vikinq (Norveç) – Bayern (Almaniya)


