Con Heytinqa “Tottenhem”ə məşqçi təyin edildi

Niderlandlı futbol mütəxəssisi Con Heytinqa İngiltərənin “Tottenhem” komandasında köməkçi məşqçi vəzifəsinə təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

O, Premyer Liqa kollektivində baş məşqçi Tomas Frankın köməkçisi kimi fəaliyyət göstərəcək. 42 yaşlı mütəxəssislə müqavilənin müddəti açıqlanmayıb.

Xatırladaq ki, Con Heytinqa futbolçu karyerası dönəmində “Atletiko” (Madrid, İspaniya), “Everton”, “Fulhem” (hər ikisi İngiltərə), “Herta” (Almaniya) və “Ayaks” (Niderland) klublarının formasını geyinib.

2021-ci ildən məşqçiliyə başlamış Heytinqa yalnız yetirməsi olduğu “Ayaks”da çalışıb. O, 2021-2023-cü illər aralığında Amsterdam təmsilçisinin gənclərdən ibarət komandasına baş məşqçilik edib. Con həmçinin 2023-cü və 2025-ci illərdə “Ayaks”ın əsas komandasında da baş məşqçi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: