Qətərdə təşkil olunmuş futbol üzrə dünya çempionatına (DÇ-2022) start verilib. Arena.az xəbər verir ki, mundialın açılış oyununda ev sahibi komanda ilə Ekvador yığması üz-üzə gəlib.
A qrupu çərçivəsində keçirilən və 60 minlik azarkeş tutumuna malik “El-Bayt” stadionunda baş tutan matçı italiyalı Daniele Orsato idarə edib. Oyundan əvvəl mundialın açılış mərasimi keçirilib. Qarşılaşma isə Ekvador yığmasının ianmlı qələbəsiylə yekunlaşıb. Bu dünya çempionatının ilk qoluna imza atan Türkiyənin “Fənərbaxça” klubuna məxsus Enner Valensiya, dublunu da rəsmiləşdirməyə imkan tapıb.
Qətər mundiala ev sahibliyi edən 18-ci ölkə kimi tarixə düşüb. Bu yarış 32 komandanın iştirakı ilə baş tutan sonuncu dünya çempionatı olacaq. 2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə təşkil edəcəyi çempionatda 48 milli komanda mübarizə aparacaq.
Xatırladaq ki, 2018-ci ildə keçirilmiş sonuncu dünya çempionatının qalibi Fransa yığması olub.
Qətərdəki mundialın qalibi olacaq komanda 40 milyon dollar qazanacaq. İkinci yeri tutan milli komandaya 30 milyon, üçüncü yerin sahibinə isə 27 milyon dollar veriləcək.
DÇ-2022
A qrupu
20 noyabr
Qətər – Ekvador 0:2
Qol: E.Valensiya, 16-pen; 31.
Baş hakim: Daniele Orsato (İtaliya)
“El-Bayt” stadionu.
Qətər: 1. Saad əl-Şib, 2. Pedro Migel, 3. Abdelkarim Hassan, 14. Homam Ahmed, 15. Bassam Hişam, 16. Bualem Xuxi, 6. Əbdülaziz Hatəm, 10. Hassan Alhaydos, 12. Kərim Budiaf, 11. Əkrəm Afif, 19. Almaz Əli
Ekvador: 1. Ernan Qalindes, 2. Feliks Torres, 3. Pyero İnkapye, 7. Pervis Estupinyan, 17. Anxelo Presiado, 10. Romario İbarra, 19. Qonsalo Plata, 20. Ceqson Mendes, 23. Moyses Kaysedo, 11. Mikael Estrada, 13. Enner Valensiya