2024-cü ildə baş tutacaq futzal üzrə dünya çempionatının (DÇ-2024) final mərhələsinin keçiriləcəyi ölkə müəyyənləşib.
Arena.az xəbər verir ki, gələn il sayca 10-cü dəfə təşkil olunacaq bu mərhələyə Özbəkistan evsahibliyi edəcək.
Bununla bağlı FİFA bu gün qərar qəbul edib. 24 komandanın iştirak edəcəyi final mərhələsinin matçları 2024-cü il sentyabrın 14-dən oktyabrın 6-na qədər keçiriləcək.
Xatırladaq ki, DÇ-2024-ün final mərhələsində Avropanın 7 ölkəsi iştirak edəcək. Sentyabr, oktyabr və dekabr aylarında qitə üzrə elit-raund mərhələsinin matçları keçiriləcək. Azərbaycan millisi A qrupunda Qazaxıstan, Rumıniya və Niderlandla mübarizə aparacaq. Qrup lideri birbaşa final mərhələsinə yollanacaq. İkinci pilləni tutmuş komandalardan ən yaxşı göstəriciyə malik 4 komanda isə pley-off-da qarşılaşacaq. Qalib gələn 2 milli final mərhələsində oynamaq hüququ qazanacaq.


