“İnter”in 31 yaşlı holland müdafiəçisi Stefan de Vrey Milan klubu ilə əməkdaşlığını davam etdirməyə yaxındır.
Arena.az bu barədə jurnalist-insayder Fabrisio Romanonun “Twitter” hesabına istinadən xəbər verir.
Mənbənin məlumatına görə, “neradzurri” ilə De Vrey arasındakı cari müqavilə bu il iyunun sonunda başa çatacaq. Tərəflər arasında imzalanacaq yeni müqavilənin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər hesablanacaq. Yaxın günlərdə bütün sənədlərin hazır olacağı deyilir.
Bildirilir ki, futbolçunun agenti Federiko Pastorello cümə axşamı, iyunun 15-də yeni müqavilənin əsas şərtlərini yekunlaşdırmaq üçün “İnter”in ofisini ziyarət edib.
2022/2023 mövsümündə De Vrey “İnter”in heyətində 38 oyuna çıxıb, 1 qol vurub.
“Transfermarkt” internet-portalı De Vreyi 8 milyon avro məbləğində qiymətləndirir.


