Dünya çempionatı: Qadın boksçular ilk rəqiblərini tanıdılar

Hindistanın paytaxtı Yeni Dehlidə qadın boksçular arasında təşkil olunmuş dünya çempionatının püşkatma mərasimi keçirilib. Arena.az xəbər verir ki, 10 gün davam edəcək mundialda Azərbaycan milli komandası da mübarizə aparacaq.

Bu gün baş tutan püşkə əsasən Azərbaycan boksçularının da ilk rəqibləri bəlli olub. Xanım idmançılarımızdan ilk olaraq Anaxanım İsmayılova və Zeynəb Rəhimova mübarizəyə qoşulacaqlar.

Dünya çempionatı

1/32 final
16 mart
Anaxanım İsmayılova (50 kq) – Zarin Nixad (Hindistan)
Zeynəb Rəhimova (54 kq) – Lethokule Sibisi (CAR)

1/16 final
18 mart
Günel Rəhimova (48 kq) – Snejana Silykoviç (Serbiya)
Şəhla Allahverdiyeva (66 kq) – Mariya Ernandes (Dominikan Respublikası)

19 mart
Məhsəti Həmzəyeva (57 kq) – Cennifer Peters (Yeni Zelandiya)

22 mart
1/4 final
Aynur Rzayeva (+81 kq) – Angel Corc Eyed (Trinidad və Tobaqo)/Kelin Li-Lo (Yeni Zelandiya)

Xatırladaq ki, qadın boksçular arasındakı bu mundialın 2.4 milyon ABŞ dolları mükafat fondu var. Mundialın final döyüşləri martın 25-də və 26-da keçiriləcək. 65 ölkədən 300-dən artıq boksçunun qatıldığı yarışın qalibi 100, finalçısı 50, bürünc medalçısı 25 min dollar qazanacaq. Azərbaycan yığması martın 27-də Bakıya qayıdacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: