23-24 iyunda Fransanın Orlean şəhərində 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsi baş tutacaq.
Arena.az xəbər verir ki, bu mərhələdə Azərbaycan yığma komandası ilə yanaşı, “Neftçi” klubu da mübarizə aparacaq.
Artıq Dünya Qadın Seriyasının Orlean mərhələsinin püşkü də atılıb. Yığmamız C qrupunda ABŞ və “Yuanda” (Çin) ilə qarşılaşacaq. “Neftçi” isə A qrupunda Kanada və İtaliya milliləri ilə üz-üzə gələcək. “Neftçi” ilk oyununu Bakı vaxtı ilə saat 16:00-da Kanada seçməsinə qarşı keçirəcək. Qadın yığmamızın isə qrupdakı ilk oyunu Bakı vaxtı saat 16:50-də ABŞ millisinə qarşı olacaq.
Qeyd edək ki, qruplarda ilk iki yeri tutmuş komandalar 1/4 finala vəsiqə qazanacaqlar.
Xatırladaq ki, bu mövsüm Dünya Qadın Seriyasında iki mərhələ Azərbaycanda baş tutub. Astaradakı yarışda komandalarımız uğur qazana bilməsə də, Şuşadakı mərhələdə “Neftçi”nin çempionluğu ilə başa çatmışdı.


