Düqarri De Zerbinin işini fəlakət adlandırdı

Fransa yığmasının keçmiş hücumçusu Kristof Düqarri Marsel “Olimpik”inin baş məşqçisi, italyan mütəxəssis Roberto De Zerbini tənqid edib.

Arena.az Düqarrinin müvafiq açıqlamasını təqdim edir:

“O, istədiyi oyunçuları xidmətinə aldı. O, nəticələrə cavabdehdir, amma indi bu, fəlakətdir. Mən əminəm ki, o, çıxıb gedəcək”, deyə Düqarri vurğulayıb.

Xatırladaq ki, Roberto De Zerbi 2024-cü ilin iyul ayında Marsel “Olimpik”inin baş məşqçisi vəzifəsinə təyin edilib. 45 yaşlı mütəxəssisin Fransa klubu ilə 2027-ci ilin 30 iyununa qədər müqaviləsi var.

De Zerbi “Olimpik”i 31 oyuna çıxarıb. Komanda bu görüşlərdə 17 qələbə qazanıb, 4 heç-heçə və 10 məğlubiyyət yaşayıb. İtalyan mütəxəssisin rəhbərliyi altında “qağayılar” 65 qol vurublar, 46 qol buraxıblar.

Cari mövsümdə De Zerbinin “Olimpik”i Fransa çempionatında 29 oyuna topladığı 52 xalla Liqa 1-in yarış cədvəlində 3-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Roberto De Zerbi daha öncə “Brayton”, “Şaxtyor” (Donetsk), “Sassuolo”, “Benevento”, “Palermo”, “Focca” və “Darfo Boario” kimi komandalara da rəhbərlik edib.