Eden Hazardın 6 yataq otaqlı 10 milyonluq malikanəsi

Belçika yığmasının hücumçusu Eden Hazardın Madrid “Real”ındakı karyerası gözlənildiyi qədər uğurlu alınmadı.

Arena.az xəbər verir ki, belçikalı vinger 2019-cu ilin iyununda İngiltərənin “Çelsi” klubundan 100 milyon avro qarşılığında İspaniya nəhənginə transfer olunub. Lakin 30 yaşlı futbolçu, “kral klubu”nda bu pulun qarşılığını verə bilmir.

İnsaf naminə onu da qeyd etmək lazımdır ki, Hazard Madrid klubuna gələndən bəri zədələrdən də ciddi əziyyət çəkir. Belçika yığmasının ulduzu zədəsini sağaldıb sıraya döndükdən qısa müddət sonra yenidən sıradan çıxır ki, bu da onun tam performansını sərgiləməsinə mane olur. Ümid edək ki, o, tezliklə bəslənilən ümidləri doğruldacaq və “Real”da da özündən söz etdirməyi bacaracaq, eyni zamanda tənqidçilərini susdurmağa nail olacaq.

Biz isə bu gün Hazardın İspaniyadakı 10 milyon dollarlıq malikanəsindən danışacağıq. Futbolçunun 17 dəfə “Grammy” mükafatı qazanmış ispaniyalı müğənni Alexandro Sansdan aldığı bu saray La Finca bölgəsində yerləşir. Hansı ki, Madrid klubunun digər üzvlərinin də əksəri yaşamaq üçün məhz bu əraziyə üstünlük verir.

İspaniyalı memar Xoakin Torres tərəfindən dizayn edilmiş bu mülk, ən son dizaynları və istifadə olunan materialların keyfiyyəti ilə seçilir. Eden Hazardın ailəsi (həyat yoldaşı Nataşa və oğulları Yannis, Leo və Sami) üçün altı yataq otağı və 10 vanna otağı var. Lakin malikanənin imkanları bunlarla məhdudlaşmır. Ailənin dincəlməsi üçün bir spa və tennis kortu var. Üstəlik, ailə teatr otağında film gecəsi üçün bir araya gələ bilər.

Xəbəri sosial şəbəkələrdə paylaş: